QISA BİOQRAFİK MƏLUMAT
- 1957-ci il avqustun 27-də Bakı şəhərində anadan olub
- 1964-1974-cü illərdə 167 saylı Bakı şəhər orta məktəbdə oxuyub
- 1975-1981-ci illərdə ADU-nun (indiki BDU) biologiya fakültəsində təhsil alıb
- 1982-ci ildə AMEA-nın Elmi-Tədqiqat Əkinçilik İnstitutunda qiyabi aspiranturaya qəbul olub
- 1990-cı ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi alıb
- Ailəlidir, iki övladı var
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1975-1981, tələbə, Bakı Dövlət Universitetinin Biologiya fakültəsi
- 1982-1985, aspirant, AMEA-nın Elmi-Tədqiqat Əkinçilik İnstitutu
- 08.05.1991, kənd təsərrüfat elmləri namizədi, Ali Attestatsiya Komissiyası
- 27.01.2009, dosent, Ali Attestatsiya Komissiyası
- Elmlər namizədi dissertasiyasının mövzusu: “Suvarılan boz-qonur torpaq şəraitində azot gübrəsi formalarının arpa bitkisi altında səmərəliliyi” İxtisas şifri və adı: 06.01.04 - Aqrokimya
ƏMƏK FƏALİYYƏTİ
- 1974-1976-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunda baş laborant vəzifəsində işləyib
- 1976-cı ildə BDU-nun Biologiya fakültəsinin Mikrobiologiya kafedrasına işə qəbul olunub. Mikrobiologiya kafedrasında laborant, baş laborant vəzifələrində işləyib
- 1993-cü ildən Mikrobiologiya kafedrasında 0,5 ştatda müəllim işləyib
- 2000-ci ildən tam ştatda müəllim seçilib
- 2004-cü ildə Torpaqşünaslıq kafedrasının yaradılması ilə əlaqədar həmin kafedraya keçirilib və həmin ilin dekabr ayında baş müəllim vəzifəsinə müsabiqədən keçirilib
- 2006-cı ildən Torpaqşünaslıq kafedrasında, 2021-ci ildən hal-hazıra kimi isə Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasında dosent vəzifəsində çalışır
Tədris etdiyi fənlər: Aqrokimya, Torpaqşünaslıq, Ümumi əkinçilik, Gübrələmə sisteminin əsasları, Torpaq bakteriyalarının və yosunlarının ekologiyası, Torpaqşünaslıq və aqrokimya elminin tarixi və metodologiyası
Elmi əsərlərin sayı: 80
Dərslik və dərs vəsaitlərinin sayı: 1
TƏDQİQAT SAHƏSİ
Torpaqşünaslıq, aqrokimya və torpaq ekologiyası
FƏXRİ ADLARI VƏ TƏLTİFLƏR
2019, Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı, Bakı
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM, KONFRANS VƏ TƏLİMLƏRDƏ İŞTİRAKI
- Международная научно-практическая конференция «Актуальные проблемы экологии и природопользования в Казахстане и сопредельных территориях», Павлодар, 2007 г.
- Международная научно-практическая конференция «Проблемы биологии, экологии, географии, образования: история и современность»», Санкт-Петербург, 3-5 июня 2008 г.
- BDU-nun 90 illik yubileyinə həsr edilmiş Beynəlxalq elmi konfrans. Bakı, 30-31 oktyabr 2009-cu il.
- “Tətbiiqi ekologiyanın problemləri” Respublika elmi konfransı. Bakı, 2010.
- Aqrar təhsil sistemində innovasiya texnoligiyalarının tətbiqi və beynəlxalq formaları Beynəlxalq ekmi-praktik konfrans, Cəncə, 21-22 may 2010-cu il
- “Azərbaycanın torpaqları: genezis, coğrafiya, meliorasiya, səmərəli istifadə və ekologiya” Beynəlxalq elmi konfrans, Bakı-Qəbələ, 2012.
- Международная научно-практическая конференция «Инновации аграрной науки – предприятиям АПК», Пермь, 2012.
- 2015 Azərbaycan Respublikasında Kənd Təsərrüfatı ili olduğu üçün həsr olunub Beynəlxakq seminar. Bakı, 15 dekabr 2015-ci il.
- “Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans, Bakı, 26-27 dekabr 2017-ci il.
- “Torpaqların ekologiyası, meliorasiyası və energetikası” mövzusunda elmi-praktiki konfrans, Bakı, 2020-ci il
- 13.International scientific and practical online conference “International Integration into the world and connection of science”, Baku, november 2020
- 14. “Kənd təsərrüfatının davamlı inkişafı: qlobal çağırışlar və Azərbaycanda həyata keçirilən islahatlar” mövzusunda elmi-praktik konfrans (online), Bakı, 30 yanvar 2021-ci il