QISA BİOQRAFİK MƏLUMAT
- 03 iyun 1968-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Resp.) Göyçə mahalının Krasnoselsk rayonunun Ardanış kəndində anadan olub.
- 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “Aqronomluq” ixtisası üzrə bitirib.
- 1986-1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib.
- 1992-ci ildən AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışıb.
- 2023-cü ildən BDU-da çalışır. Ailəlidir, iki övladı vardır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1994-1997-ci illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Aqrokimya” ixtisası üzrə aspirantura təhsil alıb.
- 29.10.1997-ci ildə Fəlsəfə doktoru dissertasiyasının mövzusu:Abşeronun boz-qonur torpaqlarında pomidor bitkisinin lokal üsulla gübrələnməsinin ekoloji və iqtisadi səmərəliliyi mövzusunda dissertasiya müdafiə edib və aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. (AR Prezidenti yanında AAK)
- 08.10.2005, dosent elmi adını alıb (AR.Prezidenti yanında A.A.K)
ƏMƏK FƏALİYYƏTİ
- 1992-2003-ci illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun “Mineral gübrələr”laboratoriyasında - mühəndis, kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi.
- 2003-2021-ci illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi işlər üzrə direktor müavini.
- 2018-2021-ci illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əvəzçiliklə Torpaq-Aqrokimyəvi tədqiqatlar laboratoriyasının aparıcı elmi işçi
- 2013-2018-ci illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əvəzçiliklə Torpaq-Aqrokimyəvi tədqiqatlar laboratoriyasının müdiri;
- 2003-2012-ci illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əvəzçiliklə “Mineral gübrələr və mikroelementlər” laboratoriyasının aparıcı elmi işçi.
- 25.05.2021 AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq-Aqrokimyəvi tədqiqatlar laboratoriyasının aparıcı elmi işçisi
- 05.04.2023 BDU Ekologiya və torpaqşünaslıq fakültəsi,Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti.
TƏDQİQAT SAHƏSİ
- Torpaq münbitliyinin bərpası və yüksəldilməsi və mühafizəsi ;
- Gübrələrin tətbiqinin aqroekoloji xüsusiyyətlərinin öyrənilməsi və qiymətləndirilməsi;
- Mineral, üzvi və üzvi-mineral gübrələrin müxtəlif aqrosenozlarda tətbiqinin effektivliyinin müəyyənləşdirilməsi.
Fəxri adlar və təltiflər:
- AMEA-nın 70 illiyi ilə əlaqədar AMEA-nın Aqrar Elmlər Bölməsinin fəxri fərmanı, Bakı, 2015
- Dövlət İmtahan Mərkəzinin fəxri fərmanı, Bakı 2022
BEYNƏLXALQ SEMİNAR,SİMPOZİUM,KONFRANS VƏ TƏLİMLƏRDƏ İŞTİRAKI
- ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin maliyyələşdirdiyi “Cochran Fellowship Program”ı üzrə elmi-praktiki seminar, ABŞ, 15-31 iyul, 1999-cu il
- Torpaqların mühafizəsi Beynəlxalq elmi-praktiki seminar, Çin Xalq Respublikası, 15-30 iyun 2008-ci il
- Biologiya və ətraf mühitin repozitorları üzrə Beynəlxalq seminar, Cənubi Koreya Repsublikası, 27-31 yanvar 2009-cu il
- Türkiyə, Rusiya, Belarusiya, Ukrayna, Moldova, Qazaxıstan, Bolqarıstan və İranda keçirilən beynəlxalq konfranslarda torpaqşünaslıq və aqrokimya elminin aktual mövzularında plenar və bölmə iclaslarında məruzə ilə çıxış etmişdir.
4 nəfər doktorant və dissertant müdafi etmişdir və alimlik dərəcəsinə yüksəlmişdir.
Çap olunmuş elmi əsərlərinin sayı: 189
Xaricdə çap olunmuş əsərlərinin sayı: 83 (Beynəlxalq bazada indeksləşən (Web of Science) jurnallarda nəşr edilən 59 məqaləsinə istinad edilmişdir. Onlardan 5-i H indekslidir)
Digər nəşrlər: 1-lüğət; 2-kitab; 2-kitabça; fənn proqramı və s.