QISA BİOQRAFİK MƏLUMAT
- 1953-cü ildə Şamaxı rayonunda doğulmuşdur.
 - 1960-70-ci illərdə Şamaxı rayonu, Nərimankənd kənd orta məktəbində oxumuşdur.
 
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1971-75-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki N.Tusi adına Azərbaycan Pedaqoji Universisteti) Coğrafiya fakültəsini tələbəsi;
 - 1975-78-ci illərdə Göyçay rayonu, Alpout kənd opta məktəbində coğrafiya müəllimi, Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və aqrokimya institutunun aspirantı;
 - 1982-ci ildə “kənd təsərrüfatı elmləri namizədi” alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
 
ƏMƏK FƏALİYYƏTİ
- 1976-77-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə; 1978-92-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və aqrokimya institutunda mhəndis, kiçik elmı və böyük elmi işçi kimi işləmişdir.
 - 1992-1997-ci illərdə Dövlət Torpaq Komitəsində şöbə müdiri ( idarə rəisi) olmuşdur.
 - 1997-2015- ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
 - 2015-ci ilin noyabr ayindan Yerquruluşu və kadastr kafedrasının müəllimidir.
 
TƏDQİQAT SAHƏSİ
- Torpaq kadatsrı
 
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Uçar rayonunun boz-çəmən torpaqlarında pambıq bitkisinin inkişaf fazalarında torfun nitrifikasiya prosesinə təsiri (rus dilində). Azərbaycan SSR EA-nın biologiya və ictimai elmlər bölməsinin aspirantlarının elmi konfransının materialları, Bakı, 1980.
 - Boz-çəmən torpaqlarında minral və üzvi kübrələrin ureaza prosesinə təsiri (rus dilində). “Torpaqların və mineral kübrələr sisteminin səmərəli istifadə olunması” mövzusunda keçirilən elmi konfransın materialları, Bakı, 1980.
 - Üzvi kübrələrin torpaqda karbon qazının ayrılmasına təsiri (rus dilində). Aspirantların elmi konfransının materialları, Bakı, 1981.
 - Torpaqda bioloji proseslərə üzvi kübrələrin təsiri (rus dilində). Fiziki-kimyəvi, biolojielmlər bölməsi aspirantlarının elmi konfransının materialları, Bakı, 1981.
 - Boz-çəmən torpaqlarında mineral və üzvi kübrələrin təsiri ilə karbon qazının ayrılma intensivliyi(rus dilində). Azərbaycan SSR EA-nın Coğrafiya İnstitutunun gənc alimlərinin XII elmi konfransının materialları, Bakı, 1981.
 - Şamaxı sututarları. “Kənd həyatı” jurnalı, №5, 1984, səh.44.
 - Elmi-texniki tərəqqi və kənd təsərrüfatının kimyalaşdırılması. “Abşeron”qəzeti, 21.07.1985 , №84 (3461).
 - Əkinçilik mədəniyyətinin carçısı. “Elm” qəzeti, 21.09.1985, №8(10).
 - Tərəvəzçilik institutunda. “Elm və həyat” jurnalı, №1, 1985, səh.1.
 - Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin VII qurultayında (Q.Ş.Məmmədovla həmmüəllifliklə). “Elm” qəzeti, 07.12.1985, №16 (18).
 - Aqrar-sənaye kompleksləri yenidənqurma yollarında. “Kənd həyatı” jurnalı, №7, 1986, səh.22.
 - Kənd təsərrüfatında milli-tarixi ənənələrin elmi-nəzəri əsasları. Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin əsərləri. 2008.
 - Müqəddəs ocaqlarımız və ekoloji tərbiyə. BDU-nun Coğrafiya fakültəsinin 60 illiyi ilə bağlı “Azərbaycanda Coğrafiyanın aktual məsələləri” mövzusunda keçirilən elmi konfransın materialları, Bakı, 2005, səh.98.
 - Dağlıq Şirvan iqtisadi rayononun kadastr məlumatlarınin iqtisadi əhəmiyyəti. “Ekologiya və ətraf müritin mühafizəsi” mövzusunda keçirilən konfransın materialları, 2014.
 - M.H.Vəliyevin (Baharlının) “Azərbaycan” əsərinin iqtisadi əhəmiyyəti baxımından təhlili, Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri (iqtisadiyyat bölməsi), №1,2016.(Qərib Məmmədov və Teymur Nizamzadə ilə həmmüəllifliklə
 - Q.Yunusoğlu Q.Ş.Məmmədov, T.N.Nizamzadə,. M.N.Vəliyevin (Baharlının) “Azərbaycan” əsərində torpaq istifadəçiliyində olan problemlərin həlli yollarının tarixi səciyyəsi (məqalə), Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin Əsərlər Toplusu. 14 cild, Bakı, Elm, 2016, s.189-19
 - Q.Yunusoğlu Q.Ş.Məmmədov, T.N.Nizamzadə,. M.H.Vəliyevin (Baharlı) “Azərbaycan” əsərinin iqtisadi əhəmiyyəti baxımından təhlili (məqalə), Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnsitutunun Elmi Əsərləri, 2016, s.7-3. Yunusoğlu Q ,Məmmədov Q.Ş, Nizamzadə T.N. Azərbaycan
 - Respublikasında daşınmaz əmlakın kadastr sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramının əsas istiqamətləri (tezis), Bakı Universitetinin xəbərləri, Bakı, 2018, s.121