QISA BİOQRAFİK MƏLUMAT
- Məmmədov Qərib Şamil oğlu 6 yanvar 1947-ci ildə Ermənistan Respublikasının Ağbaba mahalının Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Qərib Məmmədov 1965-ci ildə Amasiya rayonunda orta məktəbi müvəffəqiyyətlə başa vurmuşdur.
- 1966-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya-biologiya fakültəsinə daxil olmuş, həmin fakültənin komsomol təşkilatının katibi və tələbə elmi cəmiyyətinin üzvü olmuşdur.
- 1970-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Bölməsində laborant kimi başlamış, sonra AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi (1972-1980), baş elmi işçi (1980-1984), laboratoriya rəhbəri (1984-1994), institutun direktoru (1994-2000) vəzifələrində işləmişdir. 1979-cu ildə SSRİ AAK tərəfindən aqrar elmlər namizədi elmi dərəcəsini almışdır.
- 1992-ci ildə SSRİ AAK tərəfindən ekologiya ixtisasi üzrə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilmiş və professor elmi adını almışdır.
- 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir
- 2007-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
- Qərib Məmmədov I çağırış (1996) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
- 1997-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin, 2001-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuşdur.
- 2004-cü ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiridir.
- 2011-2016-cı illərdə AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi olmuşdur
- 2016-cı ildən AMEA-nın aqrar məsələlər üzrə müşaviridir.
- Ailəlidir, iki övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 2016, akademik, Aqrar məsələlər üzrə müşavir, AMEA
- 2011-2016, akademik, Aqrar Elmlər Bölməsinin akademik-katibi, AMEA
- 2004, müxbir üzvü, Ekologiya və torpaqşünaslıq fakültəsinin, BDU
- 1994-2000, a.e.ü.f.d., a.e.ü.e.d., professor, Torpaqşünaslıq və Aqrokimya institute, AMEA
- 1984-1994, a.e.ü.f.d., a.e.ü.e.d., professor, Torpaqşünaslıq və Aqrokimya institute, AMEA
- 1972-1984, k.e.i, b.e.i, Torpaqşünaslıq və Aqrokimya institutu, AMEA
- 1966-1970, tələbə, Coğrafiya-biologiya fakültəsi, Azərbaycan Dövlət Pedaqoji İnstitutu
- Namizədlik dissertasiyasının mövzusu “Mil düzünün qərb hissəsinin otlaq torpaqlarının aqroekoloji xarakteristikası və bonitirovkası”
- Doktorluq dissertasiyasının mövzusu: “Azərbaycanın kənd təsərrüfatı və meşə torpaqlarının ekoloji qiymətləndirilməsi”
ƏMƏK FƏALİYYƏTİ
- 2016, AMEA-nın aqrar məsələlər üzrə müşavir
- 2011-2016, AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi
- 2004, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiri
- 2001-2015, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
- 1997-2001, Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri
- 1996, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
- 1994-2000 Torpaqşünaslıq və Aqrokimya institutu direktor
- 1984-1994 Torpaqşünaslıq və Aqrokimya institutunda laborotoriya müdiri
- 1980-1984 Torpaqşünaslıq və Aqrokimya institutunda baş elmi işçi
- 1972-1980, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi
Tədris etdiyi fənlər: Torpaqşünaslıq", "Torpaq coğrafiyası" və "Ekologiya"
Elmi əsərlərin sayı: 700
Metodik tövsiyə və kitabça: 30
Müəlliflik şəhadətnaməsi və patent 36
Səmərəli təklif: 5
Dərs vəsaitlərinin sayı: 20
Monoqrafiya: 30
Fəlsəfə doktorları: 53
Elmlər doktorlari: 14
TƏDQİQAT SAHƏSİ
Azərbaycan torpaqlarının aqroekoloji qiymətləndirilməsi və bonitirovkası, torpaq kadastrı, hüquqi elmi və praktiki məsələləri, torpaq ehtiyatlarının öyrənilməsi, Azərbaycanda torpaq islahatlarının və bütövlükdə aqrar islahatların təhlili və elmi təminatı.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
SEÇİLMİŞ ƏSƏRLƏRİ