İSMAYİL ƏHMƏDƏLİ OĞLU ƏLİYEV

İSMAYİL ƏHMƏDƏLİ OĞLU ƏLİYEV

İSMAYİL ƏHMƏDƏLİ OĞLU ƏLİYEV

Kafedra müdiri

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT:

  • Əliyev İsmayıl Əhmədəli oğlu-1947-ci il fevral ayının 27-də Ermənistan SSR Megri rayonunun Nüvədi kəndində müəllim ailəsində anadan olmuşdur.
  • 1954-1961-ci illərdə Nüvədi kənd 7 illik məktəbində oxumuş, kənddə orta məktəb olmadığı üçün, kolxozda kolxozçu işləyə-işləyə, təhsilinin 8-11-ci siniflərini Nüvədi kəndinin axşam növbəli kəndli-gənclər məktəbində davam etdirib, 1965-ci ildə həmin məktəbi “Qızıl medal”la bitirmişdir.
  • 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki (BDU)) kimya fakültəsinə ixtisas fənnindən əla qiymət almaqla qəbul olmuş, 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, təyinatla universitetdə saxlanılmışdir.
  • Mart - iyul 1994-cü il Marmara Universiteti TUBITAK – DOPROQ (NATO Proqrami) (Türkiyə Cümhuriyyəti, Istanbul ş.);
  • 1988 - 02.1989 Irkutsk Uzvi Kimya Institutu (SEA Sərqi Sibir Bölməsi) və Irkutsk Dovlət Umiversiteti - təkmilləsmə kursu;
  • İ.Ə.Əliyev Respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edir. “Processes of  petrochemistry and oil-refining” və «Journal of Baku Engineering University» (Chemistry and Biology)  jurnallarının redaksiya heyyətlərinin  üzvüdür.

 

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI:

  • 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini Kimyaçı, kimya müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
  • 1976-cı ilin may ayında Azərbaycan Dövlət Universitetində (indiki BDU)  02.00.03 - Üzvi kimya ixtisası üzrə “İkivalentli kükürdün aromatik törəmələrində elektron effektlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiya işi müdafiə etmişdir.
  • 1990-cı ilin dekabr ayında İrkutsk Dövlət Universitetində (Şərqi Sibir) 02.00.03-Üzvi kimya ixtisası üzrə “Arentiolların, onların törəmələrinin və analoqlarının kimyası və fiziki-kimyası” mövzusunda doktorluq dissertasiya işi müdafiə etmişdir.
  • 09.1986 – 07.12.1991 BDU, üzvi kimya kafedrasinin dosenti.
  • 10.1991-ci ildən – bu günə kimi BDU, üzvi kimya kafedrasının professoru.

 

ƏMƏK FƏALİYYƏTİ:

  • Bütün əmək fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur:
  • 01.2012-ci ildən bugünə kimi “Üzvi kimya” kafedrasında daxili əvəzçiıiklə 0,5 ştat professor vəzifəsində qalmaqla, “Həyat Fəaliyyəti Təhlükəsizliyi” kafedrasının müdiri;
  • 06.2014-cü ildən 11.02.2019 cu ilədək “Üzvi kimya" kafedrasında 0,5 ştat professor vəzifəsində qalmaqla, rektorun ümumi məsələlər üzrə müşaviri, həm də 30.01.2012-ci ilədən «Həyat Fəaliyyəti Təhlükəsizliyi kafedrasının» müdiri;
  • 05.2011-ci ildən 30.01.2012-ci ilədək “Üzvi kimya” kafedrasının professoru, 09.08.2011- ci ildən “Həyat Fəaliyyəti Təhlükəsizliyi” kafedrasının müdiri vəzifəsini icra edən;
  • 05.2006-cı ildən 20.05.2011-ci ilədək  BDU-nun Elmi işlər üzrə prorektoru;
  • 10.2000-31.06.2006-cı illədək BDU-nun magistratura, aspirantura və doktorantura şöbəsinin müdiri;
  • 12.1991-ci ildən bu günə kimi BDU-nun “Üzvi kimya” kafedrasının professoru;
  • 04.1997 - 03.07.2000 – ci illərdə BDU-da iş yeri saxlanılmaqla “100-ci Yil Universitesi”, Eyitim fakultesi, Prof. Dr.(Türkiyə Cümhuriyyəti, Van ş.);
  • 09.1986 - 7.12.1991 ADU-nun (indi BDU) “Üzvi kimya” kafedrası, dosent;
  • 09.1985 - 24.09.1986 ADU-nun (indi BDU) “Üüzvi kimya” kafedrası, baş müəllim;
  • 09.1979 - 12.09.1985 ADU-nun(indi BDU)  “Üüzvi kimya” kafedrası, müəllim;
  • 01.1977 - 17.09.1979 ADU-nun (indi BDU)  qiyabi şöbəsi, metodist;
  • 12.1973 - 11.01.1977 ADU-nun (indi BDU) “Üüzvi kimya” kafedrası, laborant;
  • 12.1970 - 1.12.1973 ADU-nun (indi BDU)  “Üzvi kimya” kafedrası, əyani aspirant;
  • 09.1970 - 01.12.1970 ADU-nun (indi BDU)  “Üzvi kimya” kafedrası, baş laborant.

 

TƏDQİQAT SAHƏSİ:

  • Prof. İ.Ə.Əliyevin əsas elmi istiqaməti arentiolların, II, IV və VI valentli kükürdün aromatik törəmələrinin və analoqlarının sintezi, çevrilmələri, fiziko-kimyəvi xassələri ilə reaksiyaya girmə qabiliyyətləri arasında əlaqələrin tədqiqidir. Prof. İ.Ə.Əliyevin elmi fəaliyyəti əsasında 500-dən artıq tərkibində kükürd, oksigen, selen, azot və ş. elementlər saxlayan üzvi birləşmələr sintez olunaraq, müasir fiziki-kimyəvi tədqiqat üsulları ilə ( İQ, UB, NMR H1, C13, O17, S33, NKR Cl35, Br79, Rentgen flüoressens spektroskopiya, elekrokimyəvi oksidləşmə və s.) hərtərəfli tədqiq edilmiş, çoxsahəli miqdari korrelyasiyalar aparılmış, maraqlı və əhəmiyyətli elmi nəticələr əldə edilmişdir. Alınmış nəticələr məlumat kataloqu kimi geniş istifadə olunur. Bu maddələrin 300-dən artığı ilk dəfə prof. İ.Ə.Əliyev tərəfindən sintez edilmişdir. Onun bu sahədə apardığı tədqiqat işi Üzvi kimyada «kompas» rolunu oynayır və əvvəlcədən istənilən xassəli və keyfiyyətli maddələri sintezini istiqamətləndirir. Onun tərəfindən üçlü- alkilarilsulfidlərin yeni alınma üsulları müəyyən edilmişdir. Kükürd üzvi birləşmələrin elektrofil bromlaşma, asilləşmə, nitrolaşma reaksiyaları öyrənilmişdir. İlk dəfə olaraq  Trofimov reaksiyası əsasında alkiltioarilketok­simlərə super əsas mühitdə asetilenin, vinilhalogenidlərin və 1,2-dihalogenalkanların təsiri öyrənilərək, əvvəllər məlum olmayan müxtəlif vəziyyətlərdə əvəzolunmuş alkiltioarılpirrollar və onların N-vinil törəmələri sintez edilərək, hərtərəfli tədqiq olunmuşdur. Tərkibində kükürd saxlayan yeni pirrollar analitik reaktiv kimi perspektivlidir. Sintez edilmiş bəzi ariltioorqanil kükürd üzvi birləşmələrin tətbiq sahələri müəyyənləşdirilmişdir. Aparılmış tədqiqatların əsas hissəsi (Алиев И.А., Опарина Л.А.,Трофимов Б.А.Ароматические тиолы и их производные. Новосибирск,  Академическое  Издательство «ГЕО» 2018, 295 с.), Ismayil A. Aliyev, Boris A. Trofimov, Lyudmila A. Oparina. Aromatic Thiols and Their Derivatives. Springer 2021, 388 p. monoqrafiyalarında, bəzi nəticələr isə müxtəlif monoqrafiyalara, dərsliklərə daxil edilmiş  və  qismən tədris proseslərində istifadə edilir.
  • Həmcinin son 10 ildə Azərbaycanin  təbii fəlakətləri, termal və mineral suları, kurortları, turizmin inkişafı, yaşıl enerji və s sahələrdə elmi tədqiqat işi aparır.
  • 278 elmi əsərin, o cümlədən  2 monoqrafiyanın, 3 dərsliyin, 5 dərs vəsaitinin, 1 metodik göstərişin, 4 tədris proqramının, 10 patentin və 2 müəlliflik şəhadətnaməsinin müəllifidir. Respublika dövrü mətbu orqanlarında dövlətçiliyə həsr olunmuş 85 maqaləsi  nəşr olunmuşdur.
  • Namizədlik və doktorluq dissertasiyalarının opponenti və rəyçisi, monoqrafiyaların və dərsliklərin elmi redaktoru və rəyçisi olmuşdur.
  • SCI Thomson Reytersdə ona olan istinadların sayı bu günə kimi 200-dən çoxdur. Google Scholar Citations H-indeks 11, i10-indeks 11, statistik istinad 456-dür (29.09.2021)

FƏXRİ ADLAR VƏ TƏLTİFLƏR:

  • Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə «Şöhrət» ordeni ilə (2009) təltif edilmişdir.
  • “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə (2019)  təltif edilmişdir.
  • AR TN-nin «Qabaqcıl təhsil işçisi» döş nişanın ilə (2007) təltif edilmişdir.
  • Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının (Azər KİVİHİ) «Qızıl qələm» media mükafatı laureatı diplomuna (2013) layiq görülmüşdür.
  • AzərKİVİHİ-nin «İlin alimi» (2014) mükafatı laureatına layiq görülmüşdür.
  • AzərKİVİHİ-nin «Şöhrət» mükafatına (2015) layiq görülmüşdür.
  • Fövqəladə Hallar Nazirliyi Nülki Müdafiə Qoşunları Komandanının “Fəxri Fərmanı” ilə (2014) təltif edilmişdir.
  • Dövlətçiliyimizin, müstəqilliyimizin və elmimizin inkişafında müstəsna xidmətlərinə, elmdəki uğurlarına və nailiyyətlərinə görə «Media Araşdırma» və «Azərbaycan və Avropa»nın layəhəsi əsasında “Elm fədaisi” Fəxri Diplomu (2019) ilə təltif edilmişdir.
  • Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin Fəxri Fərmanları və təşəkkürləri ilə mükafatlandirilmısdır.
  • Beynəlxalq Ekoenerji Akademiyasının Elmi Surasinın tövsiyəsi ilə 30.10.2015-ci ildən Ekologiya sahəsində akademık diplomu ilə təltif olunmuşdur.
  • Azərbaycan Respublikasının iyun 2016-cı ildən əmək veteranıdir.

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 1-ci mərtəbə, 2 otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 510-57-60 / (+99412) 538-62-26 / (+99412) 537-23-83 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət