QISA BİOQRAFİK MƏLUMAT
- 1965-ci il oktyabr ayının 14-də Ermənistan SSR Krasnoselo rayonunun Meşəkənd kəndində fəhlə ailəsində anadan olmuşdur.
- 1987-ci ildə V.İ.Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş,
- 1991-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai hərbi hazırlıq və bədən tərbiyyəsi ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
- 2011-ci ildən BDU-da çalışır.
TƏHSİLİ
1987-1991, tələbə, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ibtidai hazırlıq və bədən tərbiyəsi fakültəsi
ƏMƏK FƏALİYYƏTİ
- Sentyabr 1991 - noyabr 1992, Bakı şəhəri, Yasamal rayonu 172 №-li orta məktəb hərbi rəhbər;
- İyul 1993 - aprel 1994, Azərbaycan Respublikası Mülki Müdafiə Qərargahı Bakı Regional İdarəsinin Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsinin zabiti;
- Aprel 1994 - noyabr 1997, Azərbaycan Respublikası Mülki Müdafiə Qərargahı Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsinin zabiti;
- Noyabr 1997- aprel 2000, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mülki Müdafiə İdarəsi Səbayıl rayon Mülki Müdafiə Regional Şöbəsi rəisinin köməkçisi;
- Aprel 2000 - dekabr 2001, Müdafiə Nazirliyi Mülki Müdafiə İdarəsi Bakı Regional Mülki Müdafiə şöbəsi əməliyyat bölməsi rəisinin əməliyyat və təşkilat məsələləri üzrə baş köməkçi;
- Dekabr 2001 - dekabr 2005, Müdafiə Nazirliyi Mülki Müdafiə idarəsi Sabunçu rayon Mülki Müdafiə Regional şöbəsinin rəisi;
- Dekabr 2005 - dekabr 2006, Müdafiə Nazirliyi Mülki Müdafiə İdarəsi Nəsimi rayon Mülki Müdafiə Regional şöbəsinin rəisi;
- Dekabr 2006 - yanvar 2009, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi;
- Yanvar 2009 - yanvar 2010, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Yasamal rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi;
- 2011-ci ilin fevral ayından 2011-ci ilin dekabr ayınadək Mülki Müdafiə fənni üzrə saat hesabı ilə müəllim işləmiş, 2011-ci ilin dekabr ayında “Həyat Fəaliyyətinin Təhlükəsizliyi” kafedrasında 0,5 ştat müəllim vəzifəsinə təyin edilmiş, hal-hazırda Mülki Müdafiə fənnini tədris edir.
Tədris etdiyi fənlər: Mülki Müdafiə
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM, KONFRANS VƏ TƏLİMLƏRDƏ İŞTİRAKI
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyinə həsr edilmiş “Fövqəladə hallar və təhlükəsiz həyat” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, 2015 dekabr
- Doktorantların və gənc tədqiqatçıların XXI Respublika Elmi Konfransı. Bakı, 2017 dekabr
- N.N.Əhmədov, Ə.E.Bayramova, S.A.Bağırov. Bəşəriyyətin ən əsas qlobal ekoloji problemləri. Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” II Respublika Elmi konfransının materialları 5-6 may Bakı 2021, s.36-38
- N.N.Əhmədov. Xəzər dənizinin ekoloji problemləri və onun həlli üsulları. Bakı Dövlət Universiteti Ekologiya və Torpaqşünaslıq fakültəsinin Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ekologiya və Torpaqşünaslıq elmləri XXI əsrdə” II Respublika Konfransının materialları 5-6 may Bakı 2021, s.77-78
- International scientific-technical Conference Natural Disasters and Human Life Safety Abstract of presentations. Baku, 2017 december
- Radiation and Chemical Safety Problems International Scientific-Practical Conference. Baku, 2019 november
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- N.A.Babaxanov, N.N.Əhmədov, İ.Ə.Əliyev, Azərbaycan Respublikası ərazisində baş verən təbii fəlakətlərdən əhalinin təxliyə olunma problemləri. Bakı, 2015 dekabr
- N.N.Əhmədov, Xəzər dənizinin səviyyə tərəddüdləri və əhalinin təxliyə yolları. Bakı, 2018 sentyabr
- Неравновесные процессы на некоторых териториях нефтедобычи Апшеронского полуострова. Баку, 2019 декабр