QISA BİOQRAFİK MƏLUMAT
Ermənistan Respublikası Amasiya rayonunun (Ağbaba mahalı) Çaybasar kəndində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib.1988-1999-cu illərdə AMEA Qeyri üzvi və Fiziki kimya (indiki Kataliz və Qeyri-üzvi kimya İnstitutu) institutunda işləyib, 1999-cu ildən BDU-da çalışır.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1983-1988, tələbə, Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsi, fərqlənmə diplomu, HB № 015618
1990-1994, aspirant, AMEA-nın Qeyri üzvi və Fiziki kimya (indiki Kataliz və Qeyri-üzvi kimya İnstitutu) institutu
10.06.1995, kimya elmləri namizədi, Ali Attestatsiya Komissiyası
19.10.2001, baş elmi işçi, Ali Attestasiya Komissiyası
10.11.2003, dosent, Ali Attestatsiya Komissiyası
25.01.2013, kimya üzrə elmlər doktoru, Ali Attestasiya Komissiyası
09.06.2017, professor, Ali Attestasiya Komissiyası
- Elmlər namizədi dissertasiyasının mövzusu: Tərkibində nadir torpaq elementləri saxlayan oksid sistemlərin metanın oksidləşdirici dehidrodimerləşmə reaksiyasında fiziki kimyəvi və katalitik xüsusiyyətləri
- İxtisas şifri və adı: 02.00.15(2316.01) – Kimyəvi kinetika və kataliz; 02.00.04(2307.01) – Fiziki kimya
- Elmlər doktoru dissertasiyasının mövzusu: C1-C4alkanların oksidləşdirici dehidrogenlləşmə reaksiyasında modifikasiya olunmuş oksid katalizatorlarının fiziki kimyəvi və katalitik xüsusiyyətləri
İxtisas şifri və adı: 2307.01 – Fiziki kimya
ƏMƏK FƏALİYYƏTİ
- 1988-1999-cu illərdə, Azərbaycan MEA Kimya problemləri institutu (indiki Kataliz və Qeyri-üzvi kimya İnstitutu), baş elmi işçi
- 1999-2001-ci illərdə, Bakı Dövlət Universiteti, Fiziki və kolloid kimya kafedrası, baş müəllim
- 2002-ci ildə, Bakı Dövlət Universiteti, Fiziki və kolloid kimya kafedrası, dosent
- 2006-2011-ci illərdə, Bakı Dövlət Universiteti, Kimya fakültəsi, dekan müavini
- 2011-ci ildə, Bakı Dövlət Universiteti, Ekoloji kimya kafedrası, dosent
- 2011-2021-ci illərdə, Bakı Dövlət Universiteti, Ekologiya və torpaqşünaslıq fakültəsi, dekan
- 2013-cü ildə, Ekoloji kimya kafedrası, 05 şt. professor
- 2021-ci ildən, Ekoloji kimya kafedrası,1,0 şt. professor.
Tədris etdiyi fənlər: “Ekoloji kataliz“, “Alternativ enerji mənbələri”,”Tətbiqi ekologiya” bakalavrda, “Ekologiyanın kimyəvi problemləri“, „Kimya sənayesinin ekoloji problemləri“ , “Atmosfer və ona texnogenez təsir” magistraturada
Elmi əsərlərin sayı: 180
Dərslik və dərs vəsaitlərinin sayı: 14
Patentlərin sayı: 8 patentin həmmüəllifi
TƏDQİQAT SAHƏSİ
Heterogen kataliz. Kiçikmolekullu alkanların oksdləşdirici dehidrogenləşməsi yolu ilə sənaye əhəmiyyətli olefinlərin alınması üçün effektiv katalizatorların sintezi və onların müvafiq reaksiyalarda tədqiqi.
FƏXRİ ADLARI VƏ TƏLTİFLƏR
- 2019, “Tərəqqi medalı” № I-5653, Bakı
- 2019, Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı, № 613, Bakı
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM, KONFRANS VƏ TƏLİMLƏRDƏ İŞTİRAKI
- XVIII ulusal kimya konqresi, Türkiyə, Kars, 5-9 iyul 2004-cü il
- Akademik Həsən Əliyevin 100 illik yubileyinə həsr oluynmuş „Ekologiya:təbiət və cəmiyyət problemləri“ Beynəlxalq elmi konfrans, Bakı, 8-9 noyabr 2007-ci il
- „Цеолиты и мезопористые материалы: достижения и перспективы“, Звенигород, 8-11 июня 2008-ci il
- Akademik Həsən Əliyevin 105 illik yubileyinə həsr oluynmuş „Ekologiya:təbiət və cəmiyyət problemləri“ Beynəlxalq elmi konfrans, Bakı, 7-8 noyabr 2012-ci il
- Международная Мамедалиевская конференция по химии, Баку, 3-6 октября 2012-ci il
- IX Международная научно-практическая конференция, Румыния, София, 17-25 мая, 2013-cü il
- BDU-nun 95 illiyinə həsr olunmuş elmi konfrans, Bakı, 10 dekabr 2014-cü il
- XI International Research and Practice conference, 21feb-07 march 2016-cı il
- BDU Analitik kimya kafedrasının 85 illik yubileyinə həsr olunmuş “Koordinasion birləşmələr kimyası” VIII Beynəlxalq Elmi Konfransı,Bakı,22-23 dekabr , 2020
- II İnternational Conference on Environment Technology and Management, ICETEM 2022, Türkiyə, 13-15 Oktyabr, 2022
- 6th International Anatolian Agriculture, Food, Environment and Biology Congress (TARGID 2022) Turkey, Kütahya, 7-9 October 2022
- İnternational Conference of Modern Problems of Theoretical and Experimental Chemistry, Azərbaycan, 7-9 Oktyabr, 2022
- IV İnternational Anatolian Agriculture Food Environment and Biology Congress, TARGID Türkiyə, 7-9 Oktyabr 2022
- Modern problems of theoretical& experimental chemistry, devoted to the 90th anniversary of academician Rafiga Aliyeva, Baku,29-30 september 2022