FƏTƏLİ ELMAR OĞLU HÜSEYNOV

FƏTƏLİ ELMAR OĞLU HÜSEYNOV

FƏTƏLİ ELMAR OĞLU HÜSEYNOV

Dosent

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

Ermənistan Respublikası Basarkeçər rayonunda 1981-ci ildə anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin bakalavriatura və 2004-cü ildə magistratura səviyyələrini bitirib. 2004-2007-ci illərdə BDU-da “Analitik kimya” ixtisası üzrə aspiranturada təhsil alıb. 2007-ci ildə elmlər namizədi (fəlsəfə doktoru) alimlik dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edib. 2001-ci ildən BDU-da çalışır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

  • 1998-2002, tələbə, Bakı Dövlət Universitetinin Kimya fakültəsi
  • 2002-2004, magistr, Bakı Dövlət Universitetinin Kimya fakültəsi
  • 2004-2007, aspirant, BDU, “Ekoloji kimya və ətraf mühitin mühafizəsi“ ETL
  • 14.10.2008, kimya elmləri namizədi, Ali Attestatsiya Komissiyası
  • 27.10.2017, dosent, Ali Attestatsiya Komissiyası

Magistr dissertasiyasının mövzusu: Lantan(III), evropium(III), samariumun(III) piroqallol və xromotrop turşusunun azotörəmələri ilə əmələ gətirdiyi kompleks birləşmələrin spektrofotometrik tədqiqi İstiqamətin şifri və adı: TEM 040000 Kimyaİxtisaslaşmanın adı: TEM – Analitik kimya

Elmlər namizədi dissertasiyasının mövzusu: Nadir torpaq elementlərinin piroqallol və xromotrop turşusunun azotörəmələri ilə kompleksəmələgətirməsinin tədqiqi və  analitik tətbiqi İxtisas şifri və adı: 2301.01  Analitik kimya

Elmlər doktoru dissertasiyasının mövzusu: Nadir torpaq elementlərinin karboksil, hidrazon və azoqruplar saxlayan reagentlərlə komplekslərinin sintezi, quruluşlarının tədqiqi və ətraf mühit obyektlərində təyinat metodikalarının işlənilməsi” (tədqiqat davam edir) İxtisas şifri və adı: 2391.01  Ekoloji kimya

ƏMƏK FƏALİYYƏTİ

  • 2001-2008-ci illərdə Bakı Dövlət Universitetinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi ETL-də laborant,
  • 2008-2013-cü illərdə Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasında laboratoriya müdiri,
  • 2004-2007-ci illərdə Bakı Dövlət Universitetinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi ETL-də aspirant,
  • 2009-2017-ci illər Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasında müəllim,
  • 2013-cü ildən Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini,
  • 2017-ci ildən Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasının dosenti

Tədris etdiyi fənlər: Kimya; Ekoloji kimya; Kimyəvi elementlərin biosferdə rolu, Radiasiya kimyası

Elmi əsərlərin sayı: 95
Dərslik və dərs vəsaitlərinin sayı: 8

TƏDQİQAT SAHƏSİ

Karboksil, hidrazon və azoqruplar saxlayan reagentlərin sintezi, identifikasiyası, reagentlərdə tautomer tarazlığın tədqiqi; reagentlərin nadir torpaq elementləri ilə binar və müxtəlifliqandlı kompekslərinin müxtəlif fiziki-kimyəvi metodlarla tədqiqi; bərk halda komplekslərin sintezi,  müxtəlif  təbii və sənaye obyektlərində nadir torpaq elementlərinin təyini

FƏXRİ ADLARI VƏ TƏLTİFLƏR

  • 2004, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin ən nümunəvi məzunu Fəxri Fərmanı, Bakı
  • 2019, Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı, Bakı

 BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM, KONFRANS VƏ TƏLİMLƏRDƏ İŞTİRAKI

  • II Всероссийская конференция по Аналитической химии с международном участием (к юбилею академика Ю.А.Золотова). Краснодар, 2007
  • Современные проблемы химической науки и образования. Всероссийский конференции посв. 75-летию со дня рождения В.В.Кормачева. Чебоксары, 19-20 апреля, 2012
  • «Менделеев-2013». VII Всероссийская конференция молодых учёных, аспирантов и студентов с международным участием по химии и наноматериалам, Санкт-Петербург, 2013
  • XVI молодежная школа-конференция по органической химии, Пятигорск, Россия, 14-16 сентября, 2013
  • Akademik R.Əliyevanın 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans, Bakı, 16-17 noyabr, 2017
  • Всероссийская конференция Сoвременные проблемы химической науки и фармции,посвященная 50-летию ЧГУ им. И.Н. Ульянова, Чебоксары, 23-24 ноября, 2017
  • Физико-химический анализ в образовании, науке и технике. V-ой Международной Бергмановской конференции, Махачкала, 27-28 сентября, 20

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 1-ci mərtəbə, 2 otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 510-57-60 / (+99412) 538-62-26 / (+99412) 537-23-83 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət