QISA BİOQRAFİK MƏLUMAT
Qədirova Elmina Müsrət qızı 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsində əyani təhsil almışdır.2004-2007-ci illərdə AMEA-nın Kataliz və Qeyri-üzvi kimya İnstitutunda əyani aspiranturada təhsil almışdır.2008-ci ildə elmlər namizədi (kimya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almaq üçün dissertasiya işi müdafiə etmişdir. 2011-ci ildən Bakı Dövlət Universitetində çalışır.2016-cı ildən BDU-nun Ekoloji kimya kafedrasının dosentidir. 2024-cü ildə 2391.01 – Ekoloji kimya ixtisası üzrə “Bəzi metal üzvi birləşmələrdən istifadə etməklə avtonəqliyyat vasitələrinin və neft emalı sənayesinin yaratdığı ekoloji problemlərin həllinin elmi əsaslarının işlənib hazırlanması” mövzusunda kimya elmləri doktoru elmi dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1992- 1997,tələbə, Bakı Dövlət Universitetinin Kimya fakültəsi
2004-2007,aspirant, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
12.05.2009,kimya elmləri namizədi, Ali Attestatsiya Komissiyası
28.10.2016,dosent, Ali Attestatsiya Komissiyası
03.06.2024-cü ildə kimya elmləri doktoru elmi dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir.
- Elmlər namizədi dissertasiyasının mövzusu:Ferrosenilkarbinol metalkomplekslərinin sintez metodlarının işlənməsi,alınmış yeni birləşmələrin fiziki-kimyəvi və quruluş xüsusiyyətlərinin tədqiqi.
- İxtisas şifri və adı: 02.00.01-Qeyri-üzvi kimya
- Elmlər doktoru dissertasiyasının mövzusu: Bəzi metal üzvi birləşmələrdən istifadə etməklə avtonəqliyyat vasitələrinin və neft emalı sənayesinin yaratdığı ekoloji problemlərin həllinin işlənib hazırlanması.
- İxtisas şifri və adı: 2391.01 – Ekoloji kimya
ƏMƏK FƏALİYYƏTİ
- 1997-2004-cü illər kimya təmayüllü orta məktəbdə müəllim;
- 2004-2007-ci illərdə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda aspirant;
- 2004-2011-ci illərdə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda kiçik elmi işçi , daha sonra böyük elmi işçi;
- 2011-2014-cü illərdə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasında baş müəllim,
- 2014-2016-cı illərdə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasında dosent əvəzi,
- 2016-ci ildən Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasında dosent.
Tədris etdiyi fənnlər: Ekologiyanın əsasları, Ekoloji təmiz qida maddələri, Radioekologiya, Tətbiqi ekologiya, Alternativ enerji mənbələri, Ekoloji kimya, Ekoloji monitorinq, Sənaye ekologiyası, Ekoloji monitorinq və nəzarətin müasir metodları, Ekoloji monitorinqin kimyəvi əsasları və digər.
Elmi əsərlərin sayı: 358
Kitab, dərs vəsaiti, və metodik vəsaitlərinin sayı-10; tədris etdiyi fənnlər üzrə proqramların sayı-30; Azərbaycan Respublikasının Patentinin sayı-6.
TƏDQİQAT SAHƏSİ
1.TiO2 nanohissəciklərindən istifadə etməklə sənaye tullantı sularında fenolun fotokimyəvi parçalanmasının tədqiqi.
2.Yanacaqlara, eləcə də dizel yanacaqlarına qatılan qatqıların təbiətindən asılı olaraq atmosfer hava mühitinə təsirin ekoloji qiymətləndirilməsi.
3.Qarabağın müxtəlif ərazilərindən götürülmüş su nümunələrində ağır metalların təyini.
QRANTLAR
1.Çoxkomponentli üzvi və piqment qalıqlarının su mənbələrindən ekstraksiya üsulu ilə ayrılması və onların resirkulyasiyası texnologiyasının işlənməsi. Elm İnkişaf Fondu,Azərbaycan,2010-2014.
2.Beynəlxalq bilik mübadiləsi vasitəsilə təhsildə islahatlar (544178-TEMPUS-1-2013-IPT-TEMPUS JPCR).Qrant layihəsi, Avropa Birliyi,2014-2016.
3.“Ağıllı şəhərlərin gələcəyi“ proqramı. Elm və Təhsil layihəsi, Rusiya Federasiyası, 2021-2022.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM, KONFRANS VƏ TƏLİMLƏRDƏ İŞTİRAKI
1.Akademik Həsən Əliyevin 105 illik yubileyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri” Beynəlxalq elmi konfransda təşkilatçı və məruzə ilə çıxış, Bakı, 2012,7-8 noyabr.
2.Akademik R.Ə.Əliyevanın 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransda məruzə ilə çıxış, Bakı, 2017,16-17 noyabr.
3.Avropa-Asiya Beynəlxalq Kimya Konfransında elmi komitənin üzvü // Türkiyə, Antalya, 2018, 01-04 noyabr.
4.ICAFOP Beynəlxalq Konfransda elmi komitənin üzvü // Türkiyə, Trabzon, 2019,16-18 aprel.
5.UNIDOKAP Qaradəniz Beynəlxalq Simpoziumunun təşkili və elmi komitənin üzvü, dəvətli qonaq və final sertifikatı // Türkiyə, Tokat, 2019, 21-23 iyun.
6.EBAT-2 Beynəlxalq Konfransında elmi komitənin üzvü // Türkiyə, Antalya, 2019, 26-29 oktyabr.
7.II Beynəlxalq Ətraf Mühit Kimyası Elmi Konfransında elmi komitənin üzvü // Türkiyə,Antalya,2019,31 oktyabr-03 noyabr.
8.ISAS Beynəlxalq Simpoziumunda elmi komitənin üzvü//Türkiyə, Samsun, 2019,22-24 noyabr.
9.Beynəlxalq Elmi-Praktik Konfran ın təşkilatçısı və elmi komitənin üzvü // Dünyaya inteqrasiya və elməlr arası əlaqə.Azərbaycan,Bakı,2020,29- 30 sentyabr.
10.III Beynəlxalq Konfransda elmi komitənin üzvü // Texnogen sistemlər və ekoloji risk.Rusiya, Obninsk,2020,21-22 may.
11.V Beynəlxalq Konfransda elmi komitənin üzvü//Mühəndislik və Təbiət Elmləri.Türkiyə, Diyarbakır, Diclə Universiteti,2020,05-06 noyabr.
12.V Beynəlxalq Simpoziumda elmi komitənin üzvü // Ətraf mühit və onunla düzgün rəftar. Türkiyə, İstanbul, Yıldız Texnik Universiteti, 2020,24-25 sentyabr.
13.Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin keçirdiyi “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” Respublika Elmi Konfransında təşkilatçı və məruzə ilə çıxış.Bakı, BDU, 2020,03-04 may.
14.III Beynəlxalq Ətraf Mühit Kimyası Konfransında elmi komitənin üzvü // Türkiyə, Antalya, 2021, 01-04 noyabr.
15.Texnogen sistemlər və ekoloji risk: V Beynəlxalq Konfransda elmi komitənin üzvü // Rusiya, Obninsk, 2022, 21-22 aprel.
16. 3rdGlobal Chemistry Forum, Elmi Konfrasda elmi komitənin üzvü, Birləşmiş Ərəb Əmirlikləri,2022,21-22 noyabr.
17.International Symposium on Innovative Approaches in Smart Technologies:(ISAS-2022),Beynəlxalq Elmi Konfransda elmi komitənin üzvü, Türkiyə, 2022,20-22 may.
18.IV Beynəlxalq Ətraf Mühit Kimyası.Beynəlxalq Elmi Konfransında elmi heyətin üzvü:Türkiyə,Antalya, 2022,30 oktyabr-02 noyabr.
19.Texnogen sistemlər və ekoloji risk. V Beynəlxalq Konfransda elmi heyətin üzvü: Rusiya,Obninsk, 2022, 21-22 aprel.
20.Global Chemistry Forum. Beynəlxalq Konfransda elmi heyətin üzvü: BƏƏ, 2022, 21-22 noyabr.
21.V Beynəlxalq Ətraf Mühit Kimyası. Beynəlxalq Elmi Konfransında elmi heyətin üzvü: Türkiyə, Antalya, 2023, 30 oktyabr - 02 noyabr.
22. Texnogen sistemlər və ekoloji risk: VI Beynəlxalq Konfransda elmi komitənin üzvü // Rusiya, Obninsk, 2023, 20-21 aprel.
23.Nanomach: IV Beynəlxalq Elmi Konfransında elmi heyətin üzvü: Türkiyə, Muğla, 2023,06-12 aprel.
24. VI Beynəlxalq Ətraf Mühit Kimyası Konfransında elmi heyətin üzvü : // Türkiyə, Trabzon, 2024, 01-04 noyabr.
25.Texnogen sistemlər və ekoloji risk: VII Beynəlxalq Konfransda elmi komitənin üzvü // Rusiya, Obninsk, 2024, 18-19 aprel.
26. Texnogen sistemlər və ekoloji risk: VIII Beynəlxalq Konfransda elmi komitənin üzvü // Rusiya, Obninsk, 2025, 17-18 aprel.
27.Interphotonics: VII Beynəlxalq Konfransda elmi komitənin üzvü // Türkiyə, Muğla, 2025, 09-14 aprel.
28.Химический Институт им. А.М. Бутлерова. Казанский Федеральный Университет. II Международная молодежная школа-конференция «Цифровизация в деятельности молодого учителя химии – 2025», Казань, 2025,19 мая (в оргкомитете).
TƏLTİFLƏR
1.“RETHINK” Düşündürücü proyekt //Avropa Birliyinin maliyyə dəstəyi və final sertifikatı//Biznes, Arxitektura, Ətraf mühit // Gürcüstan, Tbilisi,2014,4-7 noyabr.
2. Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə SABAH Proqramı üzrə təlim: ADAUniversitetində keçirilən treninqlərdə iştirak və final sertifikatı // Azərbaycan, Bakı, 2015.
3.Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə SABAH Proqramı üzrə təlim: Paris-Sorbon Universitetində keçirilən treninqlərdə iştirak və final sertifikatı // BƏƏ, Abu Dabi,2016,8-13 fevral.
4.Avropa Birliyinin dəstəyi ilə Tempus proqramında iştirak: maliyyə dəstəyi və final sertifikatı // İspaniya, L-Coruna Universiteti, 2016,23-30 iyun.