QISA BİOQRAFİK MƏLUMAT
- 1938-ci il oktyabr ayının 26-da Bakıda anadan olub.
- 1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsində coğrafiyaçı-bioloq ixtisasında təhsil alıb.
- 1966-1970-ci illərdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Torpaqşünaslıq” ixtisası üzrə aspiranturada təhsil alıb.
- 1991-ci ildən BDU-da çalışır.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- 1957-1962, tələbə, Bakı Dövlət Universiteti
- 1966-1970, aspirant (qiyabi), Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası
- 11.1973, kənd təsərrüfatı elmləri namizədi, Ali Attestasiya Komissiyası
- 04.2003, dosent, Ali Attestasiya Komissiyası
- 06.2007, coğrafiya elmləri doktoru, Ali Attestasiya Komissiyası
- 01.2012, professor, Ali Attestasiya Komissiyası
Fəlsəfə doktoru dissertasiyasının mövzusu: Zəyəmçay hövzəsində dağ-bozqır və kserofil meşə torpaqlarında bioloji dövranı və kimyəvi elementlərin miqrasiyası
İxtisas şifri və ixtisasın adı:
06.532 - Torpaqşünaslıq
Doktorluq dissertasiyasının mövzusu: Arid zonaların suvarılan torpaqlarının genetik xüsusiyyətləri, müasir torpaq-ekoloji səciyyəsi və torpaq-meliorativ rayonlaşdırılması
İxtisas şifri və ixtisasın adı:
25.0036 – Coğrafi və geoloji ekologiya
ƏMƏK FƏALİYYƏTİ
- 1955, operator, Leninneft trestinin 12-ci mədəni
- 1964-1974, kiçik elmi işçi, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AMEA
- 1974-1994, baş elmi işçi, laboratoriya müdiri, Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu
- 1978-1986, ekspert-torpaqşünas-meliorator, 2 dəfə Sovet kontraktlarının tərkibində Suriya Ərəb Respublikasına ezamiyyət
- 1994-1996, Baş mütəxəssis, Baş Elm və Təhsil İdarəsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
- 1996, BDU, Ətraf mühitin mühafizəsi kafedrası, dosent
- 2012-ci ildən BDU Coğrafi ekologiya kafedrasının professoru
Tədris etdiyi fənlər: Coğrafi ekologiya; Yer elmlərinin əsasları; Torpaqların kartoqrafiyası; Torpaq coğrafiyası; Təbiətdən istifadə və onun qorunması; Landşaftın ekologiyası; Təbii landşaftların bərpasında meliorativ tədbirlərin rolu; Qlobal proseslərin regional ekoloji nəticələri; Azərbaycanın kənd təsərrüfatının coğrafiyası (azərbaycan və rus dillərində).
Elmi əsərlərin sayı: 150 (o cümlədən 3 monoqrafiya və 2 elmi-populyar kitab)
Dərslik və dərs vəsaitlərinin sayı: 3
V.İ.Leninin 100 illiyinə həsr olunmuş medal, fəxri fərmanlar və mükafatlar
TƏDQİQAT SAHƏSİ
- Coğrafi ekologiya
- Torpaqşünaslıq
FƏXRİ ADLARI VƏ TƏLTİFLƏR
2019, Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Sovet Torpaqşünaslarının VIII qurultayı, Novosibirsk şəhəri, 1989
- İran İslam Respublikası, Müştərək Elmi-praktiki konfrans, 1996
- I Ekologiya konqresi, Tbilisi şəhəri, 2000
- Fövqəladə hallar üzrə beynəlxalq konqres, Bakı, 2005
- Təbii kataklizmlər adlı Beynəlxalq konfrans, Bakı, 2007
- Fövqəladə hallar üzrə Beynəlxalq konqres, Bakı, 2007
- Insbruck, Natural cataclysms and global problems of the modern civilization, Baku, 2007
- Aridization and desertification as the factor decreasing fertility of soils, Baku, 2007
- IV International Simposium. Цунами и их влияние на жизнь людей, Баку, 2007
- International Soil Science Congress on "Climate change and sustainable soil management", Baku, 2023