ŞÖVQİSƏFA YUSİFZİYA OĞLU GÖYÇAYSKİY

ŞÖVQİSƏFA YUSİFZİYA OĞLU GÖYÇAYSKİY

ŞÖVQİSƏFA YUSİFZİYA OĞLU GÖYÇAYSKİY

Professor

Email: [email protected]

QISA BIOQRAFIK MƏLUMAT

  •  1935-ci il mayın 20-də Şəkidə anadan olmuş, orta təhsilini 1943-1953-cü illərdə Göyçay şəhərində almışdır. 1953-1958-ci illərdə BDU-nun Geologiya-Coğrafiya fakültəsində İqtisadi-coğrafiya ixtisası üzrə ali təhsili bitirmişdir. 1961-1963-cü illərdə həmin kafedra üzrə aspiranturada təhsil alıb. 1962-ci ildən yuxarıda göstərilən kafedrada baş laborant, baş müəllim, metodist, dosent vəzifələrində çalışmışdır.  
  • Bir neçə illər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Coğrafiya üzrə  metodik şuralarının üzvü, Ekologiya və ətraf mühiti mühafizə üzrə Elmi metodik şurasının sədri olmuşdur.
  • Təhsil islahatı dövründə orta məktəblər üçün dərsliklər yazılması ilə əlaqədar yaradılan komissiyanın sədr müavini təyin edilmişdir.
  • AMEA-nın Coğrafiya üzrə müdafiə şurasının həmsədri olmuş, BDU-nun Təbiət elmləri üzrə elmi xəbərlərinin redaksiya heyyətinin üzvi kimi fəaliyyət göstərmişdir.
  • Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında bir neçə illər Yer elmləri üzrə ekspert şurasının, ARETS Nazirliyində Elm və Texnika Şurasının üzvü olmuşdur və s.
  •  

 TƏHSİLİ, ELMİ DƏRƏCƏLƏRİ VƏ ELMİ ADLARI:

  •  

30.03.1981

Ətraf mühiti mühafizə və Təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının müdiri, 11.00.11 indeksi üzrə, professor, SSRİ Ali Attestasiya Komissiyası

  •  

19.02.1988

Coğrafiya elmləri doktoru, Ali Attestasiya Komissiyası

  •  

07.04.1971

dosent, SSRİ Ali Attestasiya Komissiyası

  •  

29.04.1965

Coğrafiya elmləri namizədi, SSRİ Ali Attestasiya Komissiyası

  •  

1961-1964

aspirantura, Bakı Dövlət Universiteti

  •  

1953-1958

tələbə, Bakı Dövlət Universiteti, Geoloji-coğrafiya fakültəsi, İqtisadi coğrafiya bölməsi.

  •  Elmlər namizədi dissertasiyasının mövzusu: Azərbaycan SSR-in kənd əhalisinin məskunlaşmasının coğrafiyası. 
  • Namizədlik dissertasiyasının ixtisas şifri və ixtisasın adı:   11.00.02 – İqtisadi və sosial coğrafiya elmlər namizədi
  • Doktorluq dissertasiyasının mövzusu: Azərbaycan Respublikasında kənd əhalisinin məskunlaşmasının yenidən qurulması.
  • Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:  11.00.02 – İqtisadi və sosial coğrafiya üzrə elmlər doktoru.

 ƏMƏK FƏALİYYƏTİ

  •  

17.09.2019-dan

professor Coğrafi ekologiya kafedrası, BDU

  •  

1981-2019

kafedra müdiri, Coğrafi ekologiya kafedrası, BDU

  •  

1965-1980

laborant, metodist, baş müəllim, dosent, İqtisadi-sosial coğrafiya kafedrası, BDU

  •  

1965-1967

dekan müavini, Geologiya-Coğrafiya fakültəsi, BDU

  •  

1964-1965

elmi işçi, Elmi-tədqiqat sektoru, BDU

  •  

1961-1963

aspirant, BDU

  •  

1959-1961

mühəndis və baş iqtisadçı, Dövlət Mərkəzi Statistika İdarəsi-in Maşında hesablama stansiyası

  •  

1958-1959

baş mühəndis-aeroloq, AR Dövlət Hidrometeorologiya idarəsi

 

 

 TƏDRİS ETDİYİ  FƏNLƏR:  

 

  • İqtisadi və social coğrafiyaya giriş
  • Coğrafiyanın tarixi və metodologiyası
  • Coğrafi ekologiyanın əsasları
  • Ekologiya və ətraf mühiti mühafizənin əsasları
  • Antropoekosistemlər və insanın ekologiyası
  • Ekologiyanın tarixi və metodologiyası və s.

  ELMİ ƏSƏRLƏRİN VƏ TEZİSLƏRİN SAYI  200-dən çoxdur. 

  • Dərslik, dərs vəsaitlərinin və monoqrafiyaların sayı: 15
  • İri miyaslı xəritə: 4

 

 TƏDQİQAT SAHƏSİ:
 
Coğrafiyanın problemləri, Ekologiya və Ətraf mühiti mühafizə; Təbii ehtiyatlardan səmərəli istifadə və s.


 YETİŞDİRDİYİ KADRLAR:

Coğrafiya üzrə 10 fəlsəfə elmləri doktorunun rəhbəri, 4 elmlər doktorunun məsləhətçisi olmuşdur. 

 

FƏXRİ ADLARI VƏ TƏLTİFLƏR

  •  

1981

ÜİXTN sərgisinin bürünc medalına layiq görülüb

  •  

2000

Azərbaycan Respublikasının Əməkdar müəllimi

  •  

2001

K. Polinq adına Beynəlxalq Elmi İnkişaf Akademiyasının Azərbaycan filialının üzvü

  •  

2002

Rusiya Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Mühafizəsi Elmlər Akademiyasının həqiqi üzvü

  •  

2008

Amerikanın Biocoğrafiya İnstitutu tərəfindən "İlin adamı" seçilmişdir

  •  

2009

Azərbaycan Respublikasının Şöhrət ordeni ilə tərtib edilmişdir.

  •  

2014

Avropa Nəşr evi tərəfindən Ən Yaxşı Vətənpərvər Tədqiqatçı alim Qızıl Medalı, Bakı

  •  

2015

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin  fəxri fərmanı

  •  

2018

Qafqaz Media İctimai Birliyi tərəfindən Heydər Əliyev Zirvəsi diplomu və s.

  •  

2019

Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.

  •  

2019

BDU-nun 100 illiyi medalı ilə təltif edilmişdir.

Qeyri-dövlət təşkilatlarının daha bir neçə mükafatlarına layiq görülmüşdür.

  •  

2025

Türkiyə Cumhuriyyəti Türk dünyası araşdırmaları Uluslararası ilimlər akademiyasının üzvüdür.

 

 

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  1. 2022, 2020, 2018, 2017, 2016, 2015, 2014, 1993, 1987, 1985, 1984, 1976, 1966, 1965, 1963 və b. illərdə keçniş SSRİ-in və müstəqil Azərbaycan Respublikasının əhali və ekoloji problemlərinə həsr edilmiş beynəlxalq elmi konfranslarında çıxışlar və məruzələr etmişdir.(Bakı, Daşkənd, Bişkek, Moskva, Leninqrad, Qorki, Perm, Kiyev, İstanbul, Sakarya, Təbriz və b.)
  2. Azərbaycan Respublikası Coğrafiya Cəmiyyətinin qurultaylarında BDU-nu, SSRİ-in Coğrafiya Cəmiyyətinin qurultaylarında Azərbaycanın coğrafiyaçılarını təmsil edən nümayəndəliyin üzvü olmuşdur.


 

KİTABLAR VƏ XƏRİTƏLƏR

1

Əhali coğrafiyası,dərs vəsaiti Bakı,1976

2

Сельское расселение и его преобразование, monoqrafiya, Bakı,1987

3

Карта расселения населения Азербайджанской ССР по сельхозугодьям. Moskva,1987

4

Azərbaycan Respublikasının İqtisadi-sosial coğrafiyası (orta məktəb üçün dərslik, həmmüəlliflə), Bakı, 1993-2000

5

Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə, dərs vəsaiti (həmmüəlliflə), Bakı,1996

6

Coğrafiya və coğrafi ekologiyanın problemləri, monoqrafiya, (Azərbaycan dilində), Bakı, 2005.. s

7

Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları (həmmüəlliflə) dərslik, Bakı, 2006

8

Ətraf mühiti mühafizə dərs vəsaiti, (həmmüəlliflə)  Bakı, 2008..... s

9

Böyük Qafqazın Azərbaycan hissəsinin Hidronimləri və onların ekocoğrafi aspektləri. Monoqrafiya  (həmmüəlliflə), 2008, 172 s.

10

Bourqas problems of geography and geographical ecology (Monoqrafiya, ing. dilində),  2009

11

Coğrafi Ekologiyanın Əsasları (Azərbaycan və rus dillərində) dərslik, Bakı, 2010, 420 s, 2017, 407 s.

12

Azərbaycan SSR-in Təbii şəraiti və təbii ehtiyatlarının qiymətləndirilməsi xəritəsi (Azərbaycanın Milli atlası), Bakı, 2014

13

Biosferin mühafizəsi, monoqrafiya, (həmmüəlliflərlə), Bakı, 2018

14

Atmosfer çirklənmələrinin tədqiqi metodları.(dərs vəsaiti), Bakı, 270 s.,2020

15

Kür-Araz ovalığının ekocoğrafi problemləri, monoqrafiya (həmmüəlliflə), Bakı, 2023, 237 s.


 TƏSƏRRÜFAT MÜQAVİLƏLİ MÖVZULAR
, DÖVLƏT PROQRAMLARI VƏ QRANTLAR

 

1

Türk dünyasının ekoloji şəraiti AMEA – n sifarişi ilə, 2018, ... səh.

2

Azərbaycan Respublikası Şahdağ, Hirkan milli parklarının yaradılmasının qiymətləndirilməsi. ARETS Nazirliyi və Beynəlxalq Bankın sifarışı ilə, 2005, (hesabatlar)

3

Azərbaycanın sahil zonalarına dair prioritet mövzuların müəyyən edilməsi.ARETS Nazirliyi və Beynəllxalq bankın sifarişi və rəhbərliyi ilə, 2003, (hesabat).

4

Azərbaycan Respublikasının iri miqyaslı İqtisadi xəritəsinin tərtibi. ARDPK-n sifarişi ilə (həmmüəlliflərlə), 1968.

5

B.Bakının içməli su ilə təmin edilməsi proqramına uyğun olaraq AR nazirlər Sovetinin yığıncağında həmmüəlliflərlə təkliflər paketi Azərbaycan Respublikası Baş Nazirinin müavini P.M.Gülməmmədovun sədrliyi ilə keçən iclasda təqdimat: Protokol № 31/5-34, 4 iyul, 1992-ci il. müzakirə edilmiş və qəbul edilmişdir.

6

Naxçıvan MR-da xidmət sahələrinin qiymətləndirilməsi və prespektivlərinin tədqiqinə dair xüsusi layihənin tərtibi ilə əlaqədar AR. Memarlıq və Şəhərsalma dövlət Komitəsinin Cənub Kənd Tikinti layihə institutu əməkdaşları ilə birlikdə Naxçıvan Ekspedisiyasına rəhbərlik etmiş, həmmüəlliflərlə hesabat hazırlanmışdır.1980

7

Комплексная схема «Охраны природы Азербайджанской ССР (kollektiv müəlliflərlə TMK-nin sifarişi ilə yerinə yetirilmişdir.)1987

8

Комплексная программа охраны природы и рационального использования природных ресурсов Азербайджанской ССР на 1981-1985 гг. и на период до 1990 г.» Баку-1982 г, 94 стр.

9

Kompleks proqram АRDP Komissiyasının ETİ-n sifarişi həmmüəlliflərlə  yerinə yetirilmişdir.)

1986,1990 2000

10

“Оптимизации среды сельских поселений и территориальных организацией расселения Кубинского района” mövzunun hesabatı. BDU, (həmmüəlliflə).1989. 235 c

11

ARDPK-i tərəfindən “Azərbaycanda Əlvan metallurgiya kompleksinin yaradılması məqsədilə Filizçay geokimyəvi kompleksinin fiziki və iqtisadi coğrafi şəraitinin qiymətləndirilməsi”. prof.A.M.Hacızadənın rəhbərliyi ilə müəlliflər kollektivi tərəfindən yerinə yetirilmişdir. B.1967 (hesabat)

 

 ELMİ  VƏ ELMİ- METADOLOJİ  YENİLİKLƏR

  • Coğrafiya yalnız «vahid» coğrafiya sistemində «böyük ekologiyaya» mühüm dəyərlər verə bilər.
  • Sabit demoqrafik siyasət, vahid məskunlaşma sistemi davamlı inkişafın əsaslarındandır.
  • Noosferin biosferə qarşı çevrilməsi onu «antisfer» adlandırmağa əsas verir.
  • Maddə və enerji axınlarının mühit yaratmaqda yerinin qiymətləndirilməsi, ekocoğrafi problemlərin əsaslarındandır.
  • Optimal mühitin yaradılmasının idarə edilməsini fiziki coğrafi rayonların sərhədləri daxilində həyata keçirtmək məqsədəmüvafiqdir.
  • Coğrafiyanın qolları qədər ekoloji sahənin  olmasını, coğrafiya elminin sintetik məzmunu və konstruktivliyi ilə əlaqələndirilməlidir.
  • Dünyada insan birliklərinin yaratdıqları ekoloji risklərin minimuma endirilməsi, bəşəriyyətin xoşbəxtliyidir. Lakin indiki sivilizasiya şəraitində, risklərin tamamilə yox ediləcəyi ideyası yaxın gələcəkdə qeyri mümkündür.
  • Ekoloji müddəaların elmşünaslığın formalaşmasında və inkişafında mühüm yer tutması ilə həmin sahənin təbiət və humanitar elmlərin inteqrasiyasında əvəzedilməz rol oynamasını qeyd edir və həmin sahədə ekocoğrafi yanaşmaya üstünlük verir.
  • Əhali artımının balanslaşdırılmasını təbii təkrar istehsal ilə - ictimai istehsal arasında tarazlığın yaradılmasında mühüm elmi mərhələ kimi qiymətləndirir.
  • Yer kürəsinin bütövlüyünü və kontrastlığını biosferdə biomüxtəliflik yaradan amillərdən biri kimi qəbul etməklə yanaşı, onun mühafizəsində landşaft - tipoloji metodun tətbiq edilməsinidə əsas amillərdən biri kimi qiymətləndirir .
  • Günəş fəallığı haqqında V.Vernadski, A.Cijevskinin konsepsiyasına əsaslanaraq həmin sahədə ekocoğrafi tədqiqatların aparılması ideyasını XXI əsrdə  qarşıda duran əsas məsələlərdən biri kimi qiymətləndirir.
  • Günəş fəallığı nəticəsində, geofiziki və geokimyəvi proseslərin eləcə də Yerdə istiliyin balanslaşması məqsədilə meşəliklərin salınmasını, su hövzələrinin yaradılmasını zəruri hesab edir.
  • Ekoloji fikrin formalaşmasında torpaqların tədqiqinin, və torpaqların təbiətin tarixinin əsaslarından olduğunu nəzərə alaraq, torpaq landşaft – ekoloji xüsusiyyətlərini, sosial – etnik birliklərin formalaşmasına olan təsirin ayrılmaz hissəsi hesab edir.
  • Təbiətdə maddələrin və enerjinin dövr etməsi prosesini və onların “tədriclə torpaqların təbii məhsuldarlığa yönəldilməsi” - ideyasını XXI əsrin inkişaf proqramına daxil edilməsini məqsədəmüvafiq sayır.
  • Təbii sferalararası (epigenetik) prosesdə, maddə və enerji mübadiləsinin mühit yaratmaq xassəsinin coğrafi əsaslarla tədqiqinə üstünlük verir.  
  • Heç bir elm sahəsi Coğrafiya qədər təbiət - əhali – təsərrüfat sahələri və sahələrarası informasiyaya malik olmadığına görə, coğrafi informasiya sistemlərinin (CİS – in) idarəetmədə əsas üsullardan hesab etməklə, ali məktəblərdə ekoloji ixtisasa qəbul imtahanlarında coğrafiya fənnindən imtahan verilməsini zəruri hesab edir.
  • Biosferdə şüurlu insanın yaranması, təkamülün növbəti mərhələsi hesab edilmişdir. Fikrimizcə cəmiyyətdə təbiitəkrar istehsala, ictimai təkrar istehsal arasında gələcəkdə tarazlıq yaranmasını insanların xoşbəxtliyi hesab etmək olar.
  • Həyatda ətrah mühiti və onun funksiyasını, strukturunu dərk etdikcə, onun yer səthinə, biosferə təsir xüsusiyyətlərini xeyli dərəcədə dərk edərək, onu kosmik mühitdən nano mühitə qədər duya bilmək mühüm nailiyyətdir.
  • Planetar mühitlə Yerli mühit arasındakı qarşılıqlı təsirlər nəticəsində azon dəliyinin yaranmasının biosferə əks təsirlərini nəzərə alaraq, azon təbəqəsini coğrafi təbəqəyə təsirinin monitorinq sisteminin yaradılmasını təklif edir.  
  • Təbii şəraitlə təbii resursların mühitinin eyniliyini nəzərə alaraq, təbii şəraitə üstünlük veririk. Təbii resurslardan səmərəsiz istifadəni ilk növbədə təbii şəraitə ziyan verilməməsi kimi qiymətləndirir, resursların qiymətləndirilməsində ekoloji ehtiyatlar ayrılmasını və onun toxunulmaz olduğunu nəzərə almağı məsləhət bilirik.
  • Ekoloji təhsili fasiləsiz hesab etməklə, insanın və cəmiyyətin aliləşməsi yolunda böyük nailiyyətlərdən biri hesab edirik.
  • İnsanı təbiət yaratmasını,təbiətin heç zaman ayrılmaz hissəsi olduğunun qəbul edilməsini qəbul edir, əməyin isə insan həyatında tarixən və indi də təkamül roluna malik olduğunu qəbul edir.
  • Ətraf mühitin qlobal, planetar və s. məzmununu qəbul etməklə, coğrafi mühitin idarə edilməsində xüsusi rolamalik olduğunu qeyd edir.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 1-ci mərtəbə, 2 otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 510-57-60 / (+99412) 538-62-26 / (+99412) 537-23-83 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət