QISA BİOQRAFİK MƏLUMAT
- 1976-cı ildə dekabrın 21-də Bakıda anadan olub;
- 1983-1993-cü illərdə 20 saylı Bakı şəhər orta məktəbdə təhsil alıb;
- 1993-1997-və 1997-1999-ci illərdə BDU-nun biologiya fakultəsində təhsil alıb;
- 2001-2003-cü illərdə 03.00.16-«Ekologiya» ixtisası üzrə BDU-nun əyani aspirantı olub;
- 2001-ci ildən BDU-da «Onurğalılar zoologiyası və bioekologiya» kafedrasında müəllim, baş müəllim, 2011-ci ildə isə “Bioekologiya” kafedrasının müdiri vəzifəsində çalışır.
- 2008-ci ildə, 03.00.08 «Ekologiya» və 03.00.16 «Zoologiya» ixtisasları üzrə «Azərbaycanda antropogen faktorların quşlara təsirinin kompleks ekoloji qiymətləndirilməsi» adlı doktorluq dissertasiyasını müdafiə edib;
- Ailəlidir, üç övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- 1993-1997-və 1997-1999-ci illərdə BDU-nun biologiya fakultəsində təhsil alıb;
- 2003-ci ildə «Qobustanda onurğalı heyvanların fon yaradan və nadir növlərinin müqayisəli ekologiyası» adlı namizədlik dissertasiyasını müdafiə etmişdir;
- 2008, 03.00.08 «Ekologiya» və 03.00.16 «Zoologiya» ixtisasları üzrə «Azərbaycanda antropogen faktorların quşlara təsirinin kompleks ekoloji qiymətləndirilməsi» adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.
- 2015-ci ildən Bioekologiya kafedrası üzrə professor elmi adı verildi.
ƏMƏK FƏALİYYƏTİ
- 2001-2003, aspirant, «Onurğalılar zoologiyası və bioekologiya» kafedrası, Biologiya fakultəsi, BDU.
- 2001-2002, müəllim, «Onurğalılar zoologiyası və bioekologiya» kafedrası, Biologiya fakultəsi, BDU.
2003-2004, baş müəllim, «Onurğalılar zoologiyası və bioekologiya» kafedrası, Biologiya fakultəsi, BDU. - 2006-cı ildən dosent əvəzi Bakı Dövlət Universiteti “Onurğalılar zoologiyası və bioekologiya” kafedrası üzrə
- 2012-ci ildən Bioekologiya kafedrasının müdiri vəzifəsinə təyin edildi.
- 2015-ci ildən Bioekologiya kafedrası üzrə professor elmi adı verildi.
2016-2017-ci tədris ilində tədris etdiyi fənlər: Ekologiya və təbiətdən səmərəli istifadə, Heyvanlar aləmi, Quşların ekologiyası, Amfibi və reptililərin ekologiyası və s.
100 yaxın məqalə və tezis, 1 monoqrafiya və 18 kitabın müəllifidir.
TƏDQİQAT SAHƏSİ: Еkologiya, Ornitologiya