Ekologiya və torpaqşünaslıq fakültəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün təhsil elmlə inteqrasiyalı və aşağıdakı istqamətlər üzrə elmi-tədqiqat işləri aparılır:
- Abşeronun bəzi göl ekosistemlərinin müasir ekoloji vəziyyətinin tədqiqi
 - Azərbaycan Respublikasının təbii zonalarının ekoloji şəraitinin qiymətləndirilməsi və mühafizəsi; Qlobal proseslərin Azərbaycanda ekoloji təzahürləri; Azərbaycan Respublikasının dayanıqlı (tarazlı) inkişafının ekoloji əsasları; Coğrafi İnformasiya Sistemi (CİS) əsasında ətraf mühitin öyrənilməsi.
 - Azərbaycanda torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genezisi, ekoloji qiymətləndirilməsi, münbitliyinin bərpası, mühafizəsi və səmərəli istifadəsi.
 - Azərbaycanda torpaqlardan səmərəli istifadə və mühafizəsində yerquruluşu, torpaq və şəhər kadastr işlərinin təşkili.
 - Qarabağ bölgəsinin ekoloji kimyəvi tədqiqi
 - Böyük Qafqazın torpaq örtüyünün ekoloji qiymətləndirilməsi və monitorinqi
 - Azərbaycan torpaqlarının qiymət göstəriciləri əsasında rayonlaşdırılması və idarə edilməsi yollarının işlənməsi
 - Azərbaycanda təbii fəlakətlər, texnogen, kimyəvi, ekoloji hadisələr və onlara qarşı mübarizə tədbirlər
 
.