KÖNÜL ASLANOVA RAUF QIZI

KÖNÜL ASLANOVA RAUF QIZI

KÖNÜL ASLANOVA RAUF QIZI

Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini

Tel.: (+994) 012 538-62-26

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

Bakı şəhərində 1989-cu ildə anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsini “Torpaqşünaslıq” ixtisası üzrə bakalavriatura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. 2018-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini “Torpaqların aqroekoloji qiymətləndirilməsi və tiplərə ayrılması” ixtisaslaşması üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildən BDU-da çalışır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ EMLİ ADLARI

• 2007-2011, tələbə , Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi

• 2016-2018, magistr, Azərbaycan Dövlət Aqrar Universitetinin Torpaqşünaslıq və aqrokimya fakültəsi

Magistr dissertasiyasının mövzusu: Abşeron yarımadasında neftlə çirklənmiş boz-qonur torpaqların fitodetoksikasiyası

İstiqamətin şifri və adı: 060701- Torpaqşünaslıq və aqrokimya

İxtisaslaşmanın adı: Torpağın aqroekoloji qiymətləndirilməsi və tiplərə ayrılması

2022-ci ildən Türkiyə Cümhuriyyətinin Karabük Universitetinin doktorantıdır, mövzu Azerbaycan'ın Doğu Zengezur Bölgesi (Zengilan və Kubadlı illeri) 'nde tahrip edilmiş ormanların iyileştirilmesine yönelik ekolojik yaklaşımların geliştirilmesi'

ƏMƏK FƏALİYYƏTİ:

• 2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Yerquruluşu və kadastr kafedrasında laborant,

• 2015-2021-ci illərdə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Yerquruluşu və kadastr kafedrasında böyük laborant,

• 2021-2022-ci illərdə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasında böyük laborant,

2022-ci ildən Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini

Tədris etdiyi fənlər: Torpaqşünaslıq;Torpaqların monitorinqi və mühafizəsi; Bitki mühafizəsi;Torpaq eroziyası və mühafizəsi ; Aqroekologiya

Elmi əsərlərin sayı: 10

Tədqiqat sahəsi: Meşə ekologiyası, Meşələrin bərpa edilməsi, Torpaqşünaslıq və bitkiçilik

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM, KONFRANS VƏ TƏLİMLƏRDƏ İŞTİRAKI

• The 6Th Symposium on EuroAsian Biodiversity, SEAB-2023

• Beynəlxalq Torpaqşünaslıq Konqresi “İqlim dəyişikliyi və torpaq idarəçiliyi”

mövzusunda — 2023, Bakı

• Türkçe Yeterlilik Belgesi (TYS) — Yunus Emre Enstitüsü, 2023

Səviyyə: C1

• “Aqrar elmin müasir problemləri, ətraf mühit və ərzaq təhlükəsizliyi” — 2023, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu

• “İmtahanların idarəedilməsi, texnologiyası və zal nəzarətçisinin fəaliyyəti” Dövlət İmtahan Mərkəzi Bakı-2026

• “Modern Higher Education Management – International Practices Masterclass.” Chartered Culture and Education Institute CCEI 2026

SEÇİLMİŞ ƏSƏRLƏRİ:

1. Neftlə çirklənmənin torpağın bioloji xüsusiyyətlərinə təsiri // Akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş “EKOLOGİYA: TƏBİƏT VƏ CƏMİYYƏT PROBLEM-LƏR” mövzusunda III Beynəlxalq elmi konfransın MATERİALLARI. Bakı, 26-27 dekabr 2017

2. Abşeron yarmadasında neftlə çirklənmiş boz-qonur torpaqların ekoloji xüsusiyyətləri və rekultivasiya üsulları // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş magistrantların XVII Respublika elmi konfransın materiallar. Sumqayıt, 2017

3. Экологические особенности и фитомелиоративные методы очистки зафгрязненных нефтью серо-бурых почв Апшеронского полуострова // материалы XXII Международной экологической студенческой конференции экология России и сопредельных территорий. Новосибирск, 2017

4. Investigation of morphogenetic properties and reclamation methods of oil polluted soils of Absheron peninsula // "Ətraf mühitin və torpaq resurslarının mühafizəsi " Beynəlxalq konqresin materialları. Almata, 2018

5. The effects of forest fires and post-fire management on soil as a base for post-fire vegetation developments “Climate change and sustainable soil management” 21-23 june, 2023 Baku, Azerbaijan

6. High Mountain Woody Plant Communities of Mount Keltepe (Karabük, Türkiye) SEAB-2023

7. Təbiətşünas alimin elmi irsinin dəyəri Akademik Həsən Əliyevin anadan olmasının 115-ci ildönümünə həsr olunmuş “Ekologiya: Təbiət və Cəmiyyət Problemləri” mövzusunda IV Respublika Elmi Konfransının Materialları Bakı, 2023

8. Şərqi Zəngəzur iqtisadi rayonunun meşələrinin bərpasında ekoloji yanaşma istiqamətləri “Konstitusiya və Suverenlik İli: Torpaq islahatının yeni mərhələsi və ekoloji problemlərin həlli” Respublika elmi konfransı, Bakı 15-16 may 2025

9. Zəngilan və Qubadlı rayonlarında bitki örtüyünün inkişaf dinamikasının izlənilməsi “Aqrar elmin müasir problemləri, ətraf mühit və ərzaq təhlükəsizliyi” mövzusunda keçrilən Beynəlxalq elmi-praktiki konfrans. Bakı 3-4 iyun 2025

10. Some Ecological Factors Controlling the Distribution of Forested Areas in the Zangilan and Gubadli Regions, Acta Botanica Caucasia, Volume 5, Number 1 March 2026

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 1-ci mərtəbə, 2 otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 510-57-60 / (+99412) 538-62-26 / (+99412) 537-23-83 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət