AKİF AĞBABALI SOVDA OĞLU

AKİF AĞBABALI SOVDA OĞLU

AKİF AĞBABALI SOVDA OĞLU

Dekan

Tel.: (+994) 012 510-57-60

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 1981-ci ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olub.
  • 1998-2002ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində bakalavr təhsili alıb.
  • 2002-2004-cü illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində magistr təhsili alıb.
  • 2011-ci ildən BDU-da çalışır.

ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

  • 2004-2007-ci illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspirantı olub.
  • 13.01.2009-ci ildə « Hirkan Milli Parkı torpaqlarının ekoloji qiymətləndirilməsii» mövzusunda dissertasiya müdafiə edib və biologiya elmləri namizədi elmi dərəcəsi alıb.
  • 01.07.2016-cı ildə dosent elmi adını alıb.

ƏMƏK FƏALİYYƏTİ

  • 2002-2005-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikinin Xəritətərtibatı sexində mühəndis kartoqraf,
  • 2004-2007-ci illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda əyani aspirant,
  • 2008-2010-cu ilərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi,
  • 2010-2011-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mərkəzi aparatında Torpaqların kadastrı və monitorinqi şöbəsində aparıcı məsləhətçi,
  • 2011-2014-cü illərdə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Yerquruluşu və kadastr kafedrasında baş müəllim,
  • 2014-2016-cı illərdə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Yerquruluşu və kadastr kafedrasında dosent əvəzi,
  • 2016-2019-cu illərdə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Yerquruluşu və kadastr kafedrasında dosent,
  • 2019-2022-ci illərdə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının müdiri,
  • 2022-ci ildən Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, Coğrafi ekologiya kafedrasının dosenti

TƏDQİQAT SAHƏSİ

  • Xüsusi mühafizə olunan təbiət əraziləri
  • Coğrafi informasiya sistemləri (CİS)
  • Təbii resursların kadastrı və dayanıqlı idarə olunması
  • Torpaq ekologiyası

FƏXRİ ADLARI VƏ TƏLTİFLƏR

  • 2004, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin ən nümunəvi məzunu Fəxri Fərmanı, Bakı
  • 2009, Azərbaycan Milli Elmlər Akademiyasının keçirdiyi “Elmin inkişafı və yeni nailiyyətlər” gənclərin intellektual müsabiqəsinin finalçı Sertifikatı, Bakı
  • 2014, BDU-nun 95 illik yubileyi münasibəti ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı, Bakı
  • 2014, Müstəqil Dövlətlər Birliyinin (MDB) Elm və yaradıcı ziyalılar üzrə keçirilən IX Beynəlxalq Humanitar Forumunda ekologiya və ətraf mühit sahəsindəki tədqiqatlara görə “Содружество дебютов» mükafatının laueratı, Moskva
  • 2015, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsinin Fəxri Fərmanı, Bakı
  • 2019, Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı, Bakı

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM, KONFRANS VƏ TƏLİMLƏRDƏ İŞTİRAKI

  • Filandiyanın “FİNMAP” və Azərbaycanın “DATUM” şirkətlərinin birlikdə təşkil etdikləri “Torpaqların kadastr qiymətləndirilməsi” mövzusunda təlim. Bakı, 1-9 mart 2012-ci il
  • Akademik Həsən Əliyevin 105 illik yubileyinə həsr oluynmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri” Beynəlxalq elmi konfransda məruzə, Bakı, 7-8 noyabr 2012-ci il
  • Torpaqların Avropa İttifaqı standartlarına uyğun olaraq kadastr qiymətləndirilməsi metodologiyasının hazırlanması və onun dövlət torpaq kadastr sisteminə inteqrasiya edilməsi sahəsi üzrə təlim. Bakı, 4-7 noyabr 2013-cü il
  • Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən “Biomüxtəlifliyin Davamlı İdarə Olunması sahəsində təcrübə mübadiləsi və meşə ekologiyası kurrikulumunun” hazırlanması mövzusunda təlim. Münhen (Almaniya), 02-09 iyun 2013-cü il
  • KARABAKH II. International Congress, 8-10 November 2021, Baku (online)

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 1-ci mərtəbə, 2 otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 510-57-60 / (+99412) 538-62-26 / (+99412) 537-23-83 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət